A24 Xeber

Media ekspertindən Siyavuş Novruzova CAVAB: “Düşünülmədən edilmiş təklifdir”

Media ekspertindən Siyavuş Novruzova CAVAB: “Düşünülmədən edilmiş təklifdir”
1. 196
10 Mart 2017 - 17:42

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Martın 7-də keçirilən plenar iclasın təxirə salınan ikinci hissəsi öz işinə başlayıb.

A24.Az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi tələb olunsun:

Siyavuş Novruzov

Siyavuş Novruzov

“Ölkəmizdə internet tam şəkildə azaddır. İstənilən adam istədiyini təhqir edir, başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada məsuliyyət müəyyənləşdirilməlidir. Xaricdə hər hansı bir portal yaradıb, Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra ordan o xəbərləri götürüb verənlər var. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir”.

Məsələyə münasibət bildirən media eksperti Zeynal Məmmədli A24.Az-a açıqlamasında, sosial şəbəkədə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsinin tələb edilməsinin ifadə azadlığına böyük bir zərbə olacağını vurğulayıb:

Zeynal Məmmədli

Zeynal Məmmədli

“21-ci əsrdə bu tipli təklifləri xüsusilə Milli Məclisdə bəlli bir nüfuzu olan şəxsin söyləməsini ona yaraşdırmıram. Mən başa düşürəm ki, bu təklif xoş niyyətlə edilib. Ölkəyə qarşı təxribatların, yalan informasiyaların qarşısının alınması və s. Bunu anlayıram. Amma bundan istifadə edib, qorxu mühiti yaradarlar. Hər bir insan öz fikrini ifadə etməkdən çəkinəcək. Açıq deyək ki, hazırda öz adı ilə bəlli bir məsələləri ifadə edənlər var. Ancaq şəxsiyyət vəsiqəsi tələb olunarsa, onların da sayı kifayət qədər azalacaq. Onsuz da Azərbaycanda bunların sayı azdır. Ancaq getdikcə lap çox azalacaq. Yəni bu ifadə azadlığına böyük bir zərbə olar”.

Ekspert bildirib ki, bu cür təklifləri verəndə gələcəkdə hansı fəsadlar törədəcəyini mütləq nəzərə almaq lazımdır. Bir ziyanın qarşısını almaq üçün daha böyük ziyanlara girməməlidirlər. Hesab edirəm ki, düşünülmədən edilən bir təklif olub”.

Orxan Aslanlı, A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00