A24 Xeber

Medianın gündəmini zəbt edən bank bu dəfə hansı oldu? – ANALİZ

Medianın gündəmini zəbt edən bank bu dəfə hansı oldu? – ANALİZ
74
02 Avqust 2018 - 14:10

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadla banklarla bağlı iyul ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 4805 xəbər yerləşdirilib. Bunlardan 46 xəbər mənfi, 4759 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Amrahbank (31 xəbər – “Amrahbank” çöküş astanasındadır), Nikoil Bank (10 xəbər – “Nikoyl Bank”dan 45 milyon manat zərər). İyul ayında bu sektorla bağlı elektron mətbuatda müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1Kapital Bank609 xəbər
2Azərbaycan Beynəlxalq Bankı518 xəbər
3PAŞA Bank267 xəbər
4Bank Respublika265 xəbər
5Unibank Kommersiya Bankı220 xəbər
6Access Bank205 xəbər
7Nikoil Bank160 xəbər
8AtaBank149 xəbər
9AGBank145 xəbər
10Rabitəbank144 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 369 neytral xəbər dərc edilib. İyul ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi və müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1Kapital Bank117 xəbər
2ABB Azərbaycan Beynəlxalq Bankı103 xəbər
3TuranBank20 xəbər
4PAŞA Bank19 xəbər
5Bank Standard18 xəbər
6NBC Bank16 xəbər
7AtaBank10 xəbər
8SW Bank9 xəbər
9Azərbaycan Sənaye Bankı6 xəbər
10DəmirBank6 xəbər

İyul ayında televiziya kanallarında banklar haqqında 26 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Kapital Bank17 xəbər
2VTB Bank4 xəbər
3Unibank Kommersiya Bankı1 xəbər
4TuranBank1 xəbər
5Expressbank1 xəbər
6AtaBank1 xəbər
7MuğanBank1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00