Medvedev Novruz Məmmədovu təbrik etdi

Medvedev Novruz Məmmədovu təbrik etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya hökumətinin başçısı Dmitri Medvedev Novruz Məmmədovu Azərbaycanın baş naziri vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edib.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya və Azərbaycanı bərabərlik, bir-birinin maraqlarına hörmət və xoş qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqro-sənaye, həmçinin yüksək texnologiya, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam cavab verəcək”, – deyə mətbuat xidməti baş nazirin teleqram mətnini sitat gətirir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar