Məhkəmə Koçaryanln həbsiylə bağlı təqdimata baxır

Məhkəmə Koçaryanln həbsiylə bağlı təqdimata baxır
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan paytaxtının Şenqavit rayon Məhkəməsi keçmiş prezident Robert Koçaryan haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Xüsusi İstintaq Komitəsinin təqdimatına baxır.

“A24.az”ın “news.am” saytına istinadən verdiyi xəbərə görə, R. Koçaryan özü məhkəmə iclasına gəlməyib. Vəkillər prosesin təxirə salınması barədə vəsatət qaldırıblar.

Qeyd edək ki, iyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar