A24 Xeber

Məhkəmədə qalmaqal: Məleykə Əsədovayla Ramiz Məlik barəsində YEKUN QƏRAR

Məhkəmədə qalmaqal: Məleykə Əsədovayla Ramiz Məlik barəsində YEKUN QƏRAR
189
14 May 2018 - 16:07

Məhkəmə qarşılıqlı apellyasiya şikayətləri üzrə qərar elan edib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən M.Əsədovanın apellyasiya şikayəti qismən təmin edilib. Qərara görə, R.Məlik M.Əsədov barədə dedikləri ilə bağlı təkzib dərc etməli və ondan M.Əsədovanın xeyrinə 1000 manat tutulmalıdır.

Beləliklə, məhkəmə prosesi başa çatıb.

Qeyd edək ki, prosesdə xalq artisti Məleykə Əsədova çıxış edib. Xalq artisti bildirib ki, həmkarı onu mətbuatda təhqir edib:

“Səkkiz aydır əsəb keçirirəm. Əgər Ramiz müəllim böyüklük göstərsəydi, gəlib mənim “şortik” geyinməyimlə bağlı özümə deyərdi. Lakin o, bu barədə sosial şəbəkədə yayıb. Ramiz Məlik məni mətbuatda alçaldıb, təhqir edib. O hətta mənim ailəmi alçaldıb. Deyib ki, guya mənim anam pozğun olduğu üçün atam onu boşayıb. Mən ailəmin ölüsünə də, dirisinə də hörmət edirəm. Hətta onun ailəsinə də hörmət edirəm. Guya ki, mən onun ailəsini hədələmişəm. Mənim haqda mətbuatda təhqiredici fikir bildirəndən sonra teatrda onun nömrəsini verdilər. Zəng etdim, həyat yoldaşı götürdü. Ona söylədim ki, Ramiz müəllim getsin öz ailəsi ilə məşğul olsun. Onları hədələməmişəm. Vəkili deyir ki, Ramiz Məlikin ailəsini təhqir etmişəm. Əgər belədirsə, səs yazısını çıxarın ortaya”.

M.Əsədovanın vəkili Ceyhun Yusifov da çıxışında bildirib ki, R.Məlikdən 200 min manat təzminatın tutulmasını və mətbuatda təkzib verməsini istəyib.

R.Məlik isə çıxışında deyib ki, evdə olmayan zaman M.Əsədova zəng edib, ailəsini təhqir edib: “Hətta söyləyib ki, qız nəvəmi də oğurlatdıracaq”.

M.Əsədova isə onun dedikləri ilə razı olmadığını, R.Məlikin yalan danışdığını qeyd edib: “Yalansa Allah sənin evini yıxsın”.

R.Məlik bildirib ki, daha əvvəl M.Əsədovadan üzr istəyib: “Mənim onun haqda dediklərim yadımda deyil. Həmin zaman hirsli olmuşam. Sonra mətbuatda üzr də istədim. Buna görə hətta məni qınadılar da. Məleykə Əsədova evə zəng edəndən sonra həyat yoldaşımın halı pisləşdi. Həmin zaman da jurnalistlərdən biri zəng etdi. Nə dediyimi bilməmişəm”.

R.Məlikin vəkili Türkel Süleymanlı çıxışında söyləyib ki, müvəkkili heç bir KİV-ə müsahibə verməyib. O, qarşı tərəfin iddiasının təmin edilməməsini istəyib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00