Məhkumu döyüb kəllə sümüyünü qırdılar - Türk əsgərinə görə...

Məhkumu döyüb kəllə sümüyünü qırdılar – Türk əsgərinə görə…
Want create site? Find Free WordPress Themes and plugins.

Düzcədə T Tipli qapalı cəzaçəkmə müəssisəsində iki məhkum Afrin əməliyyatını təhqir etdiyini iddia etdikləri məhkumu döyüblər.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, kəllə sümüyü sınan məhkum xəstəxanalıq olub.

Türkiyədə ötən həftə qapalı cəzaçəkmə müəssisəsində meydana gələn hadisə zamanı B.U. və Ş.K. adlı məhkum eyni kamerada qaldıqları A.Z.B. adlı məhkumu döyüblər. B.U. və Ş.K. A.Z.B.-nin televizora baxdığı zaman Afrin əməliyyatını təhqir edərək şəhidlərə və əməliyyatda olan türk əsgərini təhqir etdiyini deyiblər. Xəbərdarlıq etmələrinə baxmayaraq, danışığına davam edən A.Z.B-nı sonda döydüklərini bildiriblər.

Başının arxa hissəsindən zərbə alan A.Z.B  Afrin mövzusunda onu döyən iki məhkumla eyni fikirdə olmadıqlarını, ona görə də onu döydüklərini deyib. Xəstəxanaya aparılan məhkumun kəllə sümüyü qırıldığından müalicə alır.

Hadisə ilə bağlı araşdırma başaldılıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar