A24 Xeber

Mehriban Əliyeva deputat mandatını təhvil verir

Mehriban Əliyeva deputat mandatını təhvil verir
581
01 Mart 2017 - 9:22

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva deputat mandatını təhvil verəcək.

“A24.az” “azvision.az” saytına istinadən xəbər verir ki, bu barədə Mehriban Əliyeva “Rossiya 24” kanalına müsahibəsində deyib.

“Mən artıq 12 ildən çoxdur ki, parlamentin deputatıyam. Qanunvericiliyə görə, öz səlahiyyətlərimi təhvil verməliyəm. İndi artıq deputat səlahiyyətlərimin təhvil verilməsi prosesi gedir. Əlbəttə, mən bütün bu illəri dərin minnətdarlıqla xatırlayıram. Çünki, əvvəla, bizim ölkə parlamentində həmkarlarla, ən əsası isə seçicilərlə ünsiyyətimiz, fəaliyyətimiz olub. Bu, mənim üçün böyük təcrübədir”, – deyə birinci vitse-prezident bildirib.

Qeyd edək ki, Mehriban Əliyeva Milli Məclisdə 4 saylı Xəzər ikinci seçki dairəsini təmsil edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00