A24 Xeber

Mehriban xanım işə qarışdı – Şəhidin banka olan borcu bağlandı

Mehriban xanım işə qarışdı – Şəhidin banka olan borcu bağlandı
225
22 İyun 2017 - 17:12

Bir qədər əvvəl mətbuatda “Para” BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı xəbər yayılmışdı.

Xəbərdə bildirilirdi ki, şəhidin adına Xətai Rayon Məhkəməsi tərəfindən bildiriş gəlib və o, borcu ödəmədiyinə görə məhkəməyə çağırılıb.

Məsələ ilə bağlı deputat Qənirə Paşayeva status yazaraq narahatlığını ifadə etmişdi.

A24.Az xəbər verir ki, bu xəbərin üstündən çox keçmədən millət vəkili “Qafqazinfo” ilə əlaqə saxlayıb və artıq problemin həll edildiyini bildirib.

O qeyd edib ki, hazırda şəhidin ailəsi ilə bərabər bankdadır:

“Bankın rəhbərliyi ilə görüşdük. Bank borcu öz üzərinə götürdü və hazırda bununla bağlı sənədlər hazırlanır. Hardasa 100 min manata yaxın borcdan söhbət gedir”.

Deputat bildirib ki, məsələ Birinci Vitse-Prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub:

“Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı”.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00