Məhşur müğənnidən səhnədə eşq etirafı

Məhşur müğənnidən səhnədə eşq etirafı
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gün Nyu-Yorkda baş tutan “MTV Video Music Awards” mükafatlandırma mərasimi romantik məqamlarla da yadda qalıb.

A24.Az-ın məlumatına görə, məşhur reper Dreyk  səhnədə, hər kəsin gözü önün də Rihannaya eşq etirafı edib.

“The Video Vanguard Award”ın xüsusi mükafatına layiq görülən pop diva Rihannanın mükaftını təqdim etmək Dreykə həvalə edilib. Sevgilərini rəsmi olaraq etiraf etməyən cütlük reperin çıxışından sonra bütün suallara son qoyub.

“Mən ona 22 yaşımdan vurulmuşam .O mənim ən yaxşı dostum və musiqi aləminin canlı əfsanəsidir”- deyə çıxışına başlayan Dreyk zalda böyük coşqu yaradıb.

Daha sonra Dreyk Rihanna ilə ilk tanışlıqlarından danışıb. 2005-ci ildə Rihannanın “Pon de Replay” mahnsının klipində tanış olduqlarını və divanın bu günə qədər heç dəyişmədiyi söyləyən reper onu elə həmin barbadoslu qız olaraq qaldığını qeyd edib.

Cavab çıxışında müğənni Dreykə  gözəl sözlər üçün təşəkkür edib.

“Mənim uğurlarım təkcə mənə aid deyil. Bu bizim birgə nailiyyətimizdir. Mənim ailəmin, sevənlərimin, ölkəmin. Mən hər kəsə öz təşəkkürümü bildirirəm”-deyə ifaçı çıxışını yekunlaşdırıb.

 

 

 

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar