Məhv edilən terrorçuların və ələ keçirilən məntəqələrin sayı açıqlandı: "Zeytun budağı" 26-cı günündə... - VİDEO

Məhv edilən terrorçuların və ələ keçirilən məntəqələrin sayı açıqlandı: “Zeytun budağı” 26-cı günündə… – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı bu gün 26-cı günündədir (14 fevral 2018).

“A24.az” Türkiyə istinadən xəbər verir ki, bu günə qədər Türk Silahlı Qüvvələrinin zərərsizləşdirdiyi terrorçuların sayı 1485-ə çatdırılıb. Bundan əvvəl TSQ-nin sonuncu açıqlamasında məhv edilən terrorçuların sayı 1439 nəfər göstərilmişdi.

Türkiyənin Baş Qərargah Nazirliyindən verilən açıqlamaya görə, ötən gün PKK/KCK/PYD-YPG və İŞİD-ə məxsus terrorçuların 46 üzvünü məhv edib.

Dünən, yəni əməliyyatın 25-ci günündə həyata keçirilən əməliyyat zamanı Afrində bu günə qədər terrorçulardan təmizlənən məntəqələrin sayı 53-ə yüksəlib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

“A24.az” Türkiyə mediasında əməliyyatın 26-cı gününü şərh edən müxbirin görüntülərini təqdim edir:

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar