A24 Xeber

Məişət qaz qurğularına texniki baxış keçirəcək orqanlar müəyyənləşib

Məişət qaz qurğularına texniki baxış keçirəcək orqanlar müəyyənləşib
37
05 Aprel 2018 - 2:27

Tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçiriləcək

Azərbaycanda məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirəcək icra hakimiyyəti orqanları müəyyənləşib.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “Qaz təchizatı haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

“Qaz təchizatı haqqında” qanuna əsasən müvafiq icra hakimiyyəti orqanının  səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir.

İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

Fərmana əsasən bu sahədə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Energetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyi həyata keçirəcək.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00