Meksikada prezident seçkilərinin lideri bəlli oldu

Meksikada prezident seçkilərinin lideri bəlli oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Meksikada prezident seçkilərində solçu qüvvələrin namizədi Andres Manuel Obrador liderliyi ələ keçirib.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, seçici səslərinin hesablanmasının ilkin nəticələri açıqlanıb.

Meksika MSK-nın lkin rəsmi məlumatına görə, “Birlikdə tarixi yazaq” koalisiyası tərəfindən irəli sürülən Andres Manuel Obrador 43,9 faiz səs toplayıb.

“Meksika naminə Vətəndaş Cəbhəsi” koalisiyasından irəli sürülən Rikardo Anaya seçicilərin 30 faizinin etimadını qazanıb.

Hakim “İnstitusion-İnqilabi Partiya”nın da təmsil olunduğu “Hamı Meksika uğrunda” koalisiyasından irəli sürülən Xose Antonio Mid 18 faiz səs toplaya bilib.

Seçicilərin cəmi 5 faizi müstəqil namizəd Hayme Rodriqes Kalderona səs verib.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar