Məktəbə 6 yaşdan gec gedənlərin sayı azalır

Məktəbə 6 yaşdan gec gedənlərin sayı azalır
Want create site? Find Free WordPress Themes and plugins.

2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec getməsi halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub.

A24.Az Trend-ə istinadla məlumatına görə, bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda təhsil alan şagirdlərin sayı 1 522 487 nəfər olub. Ən çox şagirdi olan rayon Sabunçu (62 374), ən az şagirdi olan rayon Sədərək (1 287) olub.

E.Əmrullayev bildirib ki, 2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal artaraq 177-dən 239-a yüksəlib.

O əlavə edib ki, 2017-ci ilin qəbul imtahanlarında cari ilin məzunlarının 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: “Lakin 200-dən yuxarı bal toplayanların çəkisinin illər üzrə dinamikasına baxdıqda bu faizin əhəmiyyətli dərəcədə artdığını görmək olar. Sevindirici haldır ki, hər il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı artır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar