Məktəbə hazırlıqda yenilik - VİDEO

Məktəbə hazırlıqda yenilik – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu il ilk dəfə olaraq orta məktəblərdə 5 yaşlı uşaqlar məktəbə hazırlıq kursu keçəcəklər.

“A24.az” Xəzər Xəbər-ə istinadən bildirir ki, bunun üçün artıq orta məktəblərdə sənəd qəbuluna da başlanılıb.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədovun sözlərinə görə, məktəbə hazırlığın keçirilməsi üçün ibtidai sinif müəllimləri arasında seçim aparılır və proses tamamilə dövlət büdcəsindən maliyyələşidirilir. Şöbə müdirinin sözlərinə görə, hazırda məktəbə hazır şəkildə gələn şagirdlərin sayı 50 %-i keçməsə də, 2020-ci ilə qədər bu rəqəmin 90 %-ə çatdırılması planlaşdırılır.

Hazırda isə uşaqların məktəbəqədər hazırlığı bağçalarda aparılır. Ancaq əksər valideyn bu hazırlığın səviyyəsindən narazı olduğu üçün uşağı əlavə hazırlığa göndərir.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Həmidov isə bildirir ki, uşaqların əlavə kursa göndərilməsi heç də hər zaman yaxşı nəticə vermir. Çünki bu müddətdə uşaq əvvəla psixoloji olaraq məktəbə hazırlanmalıdır, əksər hazırlıqlarda isə buna əməl edilmir.

https://youtu.be/Y3fJr8CEyJ4

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar