A24 Xeber

Məktəbi bitirə bilməyənlər üçün imtahanlar keçiriləcək

Məktəbi bitirə bilməyənlər üçün imtahanlar keçiriləcək
61
05 Aprel 2018 - 12:30

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub, tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 15-16 mayda eksternat qaydasında imtahanlar keçiriləcək.

A24.Az xəbər verir ki,  imtahana qeydiyyat və sənəd qəbulu 5-30 apreldə (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) İdarədə aparılacaq.

“Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar”, – məlumatda bildirilib.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00