Memarlıq üslubu ilə diqqət çəkən dini memarlıq nümunələri - FOTOLAR

Memarlıq üslubu ilə diqqət çəkən dini memarlıq nümunələri – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Yerləşdikləri ölkənin memarlıq üslubunu özündə əks etdirən dini obyektlər turistləri cəlb edən yerlər sırasındadır.

A24.Az xəbər verir ki, onların bir qismi e.ə yüzüncü illərə təsadüf etsə də, digər qismi isə modern memarlıq üslubunda son illərdə tikilib.

Lotus məbədi, Yeni Dehli, Hindistan

Saflığı simvolizə edən zanbaqdan ilhamlanaraq tikilən bu məbəd dünyanın ən çox ziyarət edilən ibadətgahları sırasındadır.

Paoay Kilsəsi,  Ilocos Norte, Filipinlər

O dövrün müstəmləkəçiləri olan ispanlar tərəfindən tikilən kilsə barok memarlığının klassik bir nümunəsi olaraq qəbul edilib.

Paro Taktsang, Paro Vadisi, Butan

Yerli dildə aslan yuvası mənasına gələn bu ərazi budistlərin inancında önəmli paya sahibdir.

Pilgrimage Kilsəsi, Bled, Sloveniya

Bled gölü üzərində yerləşən bu kilsəyə gedə bilmək üçün bir yelkən icarəyə götürmək və 99 mərtəbəli daş pillləri çıxmaq məcburiyyətindəsiniz.

Reform Kilsəsi, Graaff Reinet, Cənubi Afrika

Qotik memarlığının ilk nümunəsi sayılan bu kilsə dünya tarixinin ən önəmli dini məkanlarındandır.

LDS San Diego məbədi, Kaliforniya, ABŞ

Məbədin çölü saflığın rəmzi olan ağ boya və mərmərdən tikilib. Diqqətçəkən məqam ondadır ki, bu mədəbin içərisinə turistlər buraxılmır.

Saint Basil Katedralı, Moskva, Rusiya

XVI əsrdə Qorxulu İvan tərəfindən tikilən katedralın italyan memarın dizaynı olduğu və daha sonra buna bənzər məbəd tikməməsi üçün kor edildiyi bilinir. Kilsə hazırda muzey olaraq istifadə edilir.

St.Ana Kilsəsi, Vilnius, Litva

Vilnius şəhərinin ən diqqətçəkən yerlərindəndir. Qotik memarlıq üslubunun ən gözəl nümunələrindən biridir.

Şeyx Sayid məscidi, Abu Dabi

Eyni anda 40 min insan bu məsciddə ibadət edə bilər. Eyni zamanda ən böyük məscid xalıları da burada yerləşir.

Taung Kalat Monastrı, Myanmar

777 pilləni çıxaraq çata biləcəyiniz bu məbədin inanılmaz mənzərəsi var.

Vat Arun, Banqkok, Tailand

Hindu tanrısı Aruna üçün tikilən bu məbəd rəngli işıqları ilə məşhurdur.

Candi Prambanan, Yava, İndoneziya

 İndoneziyada ən böyük hindu məbədi olan Prambanan hər il milyonlarla turist qəbul edir.

ABŞ Hava Qüvvələrinin xidmətində olan iqamətgah, Kolarado

Modern memarlıq üslubunda tikilən bu məbədin xüsusiyyəti ondan ibarətdir ki, eyni anda müxtəlif dinlərə ev sahibliyi edir.

Angkor Vat, Siem Reap, Kamboca

 1,626,000 kv.m. ərazini əhatə edən bu abidə əvvəlcə hindu məbədi olsa da daha sonra buddistlərin ibadətgahına çevrilib.
 Duomo, Milan
Dünyanın qotik üslubda inşa olunan ən böyük memarlıq abidəsinin tikilməsi 6 əsr davam edib.

Hallgrimskirkja Kilsəsi, Reykjavik, İslandiya

Ölkənin ən böyük kilsəsini şəhərin hər yerindən görmək mümkündür.

Kamppi igamətgahı, Helsinki, Finlandiya

Buranın əsas özəlliyi ondan ibarətdir ki, hər hansısa xüsusi bir din üçün nəzərdə tutulmayıb. Bunun sayəsində hər dindən olan insanlar burada ibadətlərini yerinə yetirə bilirlər.

Kristal Məscid, Kuala Terengganu, Malaziya

Kristal məscid tamamilə polad, kristal və şüşədən inşa edilib.


Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Din, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar