A24 Xeber

Məmmədyarov Norveç superturnirində növbəti dəfə heç-heçə edib

Məmmədyarov Norveç superturnirində növbəti dəfə heç-heçə edib
18
06 İyun 2018 - 2:45

 Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Norveçin Stavanqer şəhərində keçirilən şahmat turnirinin VII turunda amerikalı Uesli So ilə heç-heçə edib.

A24.Az xəbər verir ki, həmçinin Sergey Karyakin (Rusiya) – Levon Aronyan (Ermənistan), Fabiano Karuana – Hikaru Nakamura (hər ikisi ABŞ) xalları yarı bölüblər.

Bu tur yeganə qələbəni fransalı Maksim Vaşye-Laqravı məğlub edən hindistanlı Vişvanatan Anand qazanıb.

Yeddi tundan sonra norveçli Maqnus Karlsen, Aronyan, So və Anandın hərəyə 3,5 xalı var. Karyakin, Məmmədyarov, Karuana və Nakamuranın 3 xalı, Vaşye-Laqravın isə 2 xalı var.

Növbəti tur çərşənbə günü olacaq.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00