Məmmədyarovdan Norveç superturnirində növbəti heç-heçə

Məmmədyarovdan Norveç superturnirində növbəti heç-heçə
Want create site? Find Free WordPress Themes and plugins.

 Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Norveçin Stavanqer şəhərində keçirilən superturnirin III turunda rusiyalı Sergey Karyakin ilə heç-heçə edib.

A24.Az xəbər verir ki, azərbaycanlı şahmatçı bu heç-heçədən sonra xallarının sayını 1,5-ə çatdırıb və eyni xala malik Nakamura, Karyakin, Din Lijen, Anand, So və Vaşye-Laqrav ilə 2-8-ci yerləri bölüşür.

Turun digər qarşılaşmalarına gəldikdə isə, dünya şahmat tacının hazırkı sahibi norveçli Maqnus Karlsen erməni Levon Aronyanı məğlub edib. Hindistanlı Vişvanatan Anand və çinli Din Lijen, amerikalı Uesli So və həmyerlisi Hikaru Nakamura, fransalı Maksim Vaşye-Laqrav və amerikalı Fabiano Karuana turu heç-heçə ilə başa vurub.

Hazırda Karlsen hesabında 2,5 xal ilə liderliyini davam etdirir. Hərəyə 1 xalı olan Aronyan və Karuana sonuncu yerləri bölüşürlər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar