"Mən onun arabasını daşıyıram, o da mənim çantamı..."-  VİDEO 

“Mən onun arabasını daşıyıram, o da mənim çantamı…”- VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar

Sevgi deyəndə ağıla ideal insanların yaşadığı sevgi gəlir, əslində isə əsl sevgi sevgini ideal yaşayanlardır. Elə Könül və Seymur cütlüyü kimi…

Xeyr, onlar ilk baxışdan aşiq olmayıblar. Elə bildiyimiz görücü üsulu ilə tanış olublar. İlk görüşə də ənənəni pozaraq qız dəvət edib. Onlar “Leyli və Məcnun” , “Xosrov və Şirin”, nə də şirin sözlərlə ifadə edilib ideallaşdırılan sevgilərə inanmırlar.

Onların diliylə sevgi küçədə gedərkən pandusu aşmaq, birlikdə yaşlanmaqdır. “Bir-birmizin məhdudiyyətilərini bilərək sevdik” deyən cütlük “Ən böyük sevgi nədir?” sualına “Övlad sevgisidir” cavabını verdi. İki ildir ailə quran gənclərin bir oğlu var.

Fiziki məhdudiyyəti olmasına baxmayaraq, hər ikisi özəl şirkətdə operator işləyir, hər gün işə bir gedir, bir gəlirlər. “Mən Seymurun arabasını daşıyıram, o da mənim çantamı”, – deyir Könül.

Sağlam olaraq hər gün şikayətlənən insanlar olaraq bir də fiziki məhdudiyyəti olan bu cütlüyün  yaşama sevgisinə, gələcək arzularına baxaq: “Hər şeyə sevgim naminə nail olmuşam” deyən Seymurun həyatda qazandıqlarına, məqsədlərinə nəzər salaq. O zaman əsl məhdudiyyətin “bədən”də deyil, “beyin”də olduğunu görərik.

Bəlkə, əlimizdə “mişka”larla, güllərlə, göstərişlərə boğduğumuz “sevgi”mizə bir örnək olar, sevgini bu qədər məhdudlaşdırıb, çərçivələrə salmarıq…

Brilyant Rəsulova// A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Redaktor Seçimi, Son Dəqiqə, Gündəm, Reportaj, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar