A24 Xeber

“Məni işdən səhiyyə naziri çıxarmayıb” – Rəşad Mahmudov

“Məni işdən səhiyyə naziri çıxarmayıb” – Rəşad Mahmudov
80
19 May 2018 - 23:17
Milli Məclisin deputatı, ürək cərrahı Rəşad Mahmudov barəsində sosial mediada və bəzi saytlarda yayılan xəbərlərə münasibət bildirib.
A24.Azxəbər verir ki, R. Mahmudov Modern.az saytına açıqlamasında onu səhiyyə nazirinin işdən çıxarması ilə bağlı deyilənləri təkzib edib.
Millət vəkili Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunduğunu, buradakı fəaliyyəti ilə bağlı 1 illik əmək müqaviləsi bağlandığını bildirib:
“Müqaviləyə görə əsas vəzifələrim Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olub. Ümid  edirəm ki, qarşıma qoyulan məsələlərin öhdəsindən layiqincə gəlmişəm və Bakı Ürək Mərkəzi regionun qabaqcıl müalicə müəssisələrindən biri olub. Artıq müqavilənin müddəti başa çatıb. Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmayıb.
Bakı Ürək Mərkəzi özəl xəstəxanadır. Ona görə də həmin xəstəxanaya işə təyinat və işdən azad etmə ilə bağlı sərəncamlar səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən verilmir. Bu baxımdan onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır”.
A24.Az
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00