A24 Xeber

Meqa Star Tarkan qızıyla ilk FOTOsunu paylaşdı

Meqa Star Tarkan qızıyla ilk FOTOsunu paylaşdı
75
20 İyul 2018 - 12:30

Bir neçə gün bundan əvvəl ata olan Tarkan qızı Liya ilə şəklini yayıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, müğənni xəstəxanadan çıxarkən çəkilən şəklini sosial media hesabında paylaşıb.

Tarkanın qızı Liyanın iyul ayının sonlarında doğulması gözlənildiyi halda, Almaniyanın “Moers Bethanien” xəstənxasında erkən dünyaya gəlib.

Tarkan paylaşdığı şəklə “Ötən günlərdən… Xəstəxana çıxışımızdan… Bir az gec oldu amma” şərhini yazıb.

Qeyd edək ki, hamilə xanımını tək qoymayan Tarkan bütün konsertlərini dünyaya gələcək qızına görə təyin etməklə gündəmə gəlmişdi. Cütlük  əvvəlcə doğulacaq qızlarının adını “Lidya” olaraq açıqlamışdı, amma sonra “Liya” adında qərarlaşdılar. “Liya” ərəb dilində “səbrin ən gözəli” mənasını verir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00