Mərakeş İranla diplomatik əlaqələri kəsir

Mərakeş İranla diplomatik əlaqələri kəsir
Want create site? Find Free WordPress Themes and plugins.

 Mərakeş Qərbi Saxaranın müstəqilliyini dəstəkləyən POLİSARİO cəbhəsini (Siqiyet əl Hamra və Rio de Oronun azad edilməsi uğrunda xalq cəbhəsi) dəstəklədiyinə görə, İran ilə diplomatik əlaqələri kəsir.

A24.Az “Report”a istinadən xəbər verir ki, bunu Afrika dövlətinin xarici işlər naziri Nasser Bourita deyib.

Nazirin sözlərinə görə, Mərakeş Tehrandakı səfirliyini bağlayacaq və İranın Rabatdakı səfirini ölkəsinə göndərəcək.

Bouritanın iddiasına görə, İran və Livanın “Hizbullah” hərəkatı POLİSARİO-nu dəstəkləyir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar