Mərhum jurnalistin bacısı: "“Dövlətqaçqınkom”dan kömək gözləyirəm”

Mərhum jurnalistin bacısı: ““Dövlətqaçqınkom”dan kömək gözləyirəm”
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi ötən həftə  Sabunçu rayon, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində  güclü yanğın zamanı  mərhum jurnalist Zabil Müqaliboğlunun bacısının yaşadığı  ev yanıb kül olub. Xoşbəxtlikdən  yanğın jurnalistin bacısı Sevinc Fərhadovanın evdə olmadığı vaxt baş verib.

Evin  25-30 min manatlıq dəyərli əşyalarla  birlikdə yanıb kül olduğunu deyən Sevinc xanım “Dövlətqaçqınkom”dan  kömək  istəyir.
Qeyd edək ki, O, əslən Zəngilandan olan məcburi köçkündür.

A24.az xəbər verir ki, mərhum jurnalistin bacısı Modern.az saytına açıqlamasında bildirib ki, baş verən hadisəyə görə hazırda evsizdir və o, faktiki olaraq küçədə qalıb:

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdan yardım  istəyirəm. Mən dövlətimizə güvənirəm və  “Dövlətqaçqınkom”un  məni  evlə  təmin  etməsini  gözləyirəm”.

Qeyd edək ki, Sevinc Fərhadova 2017-ci il fevralın 27-də vəfat edən Z.Müqabiloğlunun bacısıdır. S.Fərhadova valideynləri və  qardaşı dünyasını dəyişəndən sonra  həmin evdə tək qalırdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar