Merkel: "Avropa artıq ABŞ-a ümid bəsləməməlidir"

Merkel: “Avropa artıq ABŞ-a ümid bəsləməməlidir”
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniya kansleri Angela Merkel bəyan edib ki, Avropa artıq ABŞ-a ümid bəsləməyə son qoymalıdır.

“A24.az”ın “Sptunik International”a istinadən verdiyi xəbərə görə, Almaniya kansleri bu sözləri ABŞ-ın İranla bağlanmış nüvə sövdələşməsindən çıxmasını şərh edərkən deyib.

“ABŞ artıq bizi qorumaq iqtidarında deyil, Avropa öz taleyini özü həll etməlidir, bu bizim gələcəyə olan vəzifəmizdir”, – deyə Merkel qeyd edib.

A.Merkel bundan əvvəl Almaniyanın İranla nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdə davam edəcəyini bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın sövdələşmədən çıxması böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, D.Tramp iyunun 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar