Merkel miqrant böhranından danışındı: "Baş verənlərə səssiz qalmıram"

Merkel miqrant böhranından danışındı: “Baş verənlərə səssiz qalmıram”
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniya baş naziri Angela Merkel qaçqın və məcburi köçkünlərin sığınacaq problemindən danışıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Merkel Alman dövlət televiziyası “ZDF”nin ”Berlin Direkt” programına açıqlamsında Xristian Demokrat Birlik Partiyası və Xristian İctimai Birlik Partiyasının qaçqın siyasətlərindəki fikir ayrılıqları səbəbilə davam edən böhran haqqında fikirlərini bölüşüb.

“Məsuliyyət daşıdığıma görə Xristian İctimai Birlik Partiyası ilə bir nəticə əldə etmək üçün əlimdən gələni edəcəyəm” deyən kanslerDaxili İşlər Nazirinin sərhədə gələn qaçqınları gəldikləri yerə göndərmə planına da toxunraq, bunun Avropa İttifaqı səviyyəsində həll edilməli olduğunu bildirib.

Xristian Demokrat Birlik Partiyası və Xristian İctimai Birlik Partiyasının birgə fəaliyyətə davam etməsini arzuladığını deyən baş nazir Brüsseldəki Aİ zirvəsində aparılan danışıqlardan sonra Xristian İctimai Birlik Partiyasının tələbinin də qarşılandığına əminliyini bildirib.

Qaçqınlar mövzusunda Aİ-də əldə olunan ortaq məxrəcə işarə edən Angela Merkel, “Mən ətrafımda baş verənləri səssiz izləmirəm” deyərək bu məsələdə də əlindən gələni etdiyini bildirib.

O bildirib ki, hər kəs qaçqın böhranın nə qədər ciddi olmasının fərqindədir.

Digər tərəfdən, Münhendə partiya qərargahlarını toplayan Xristian İctimai Birlik Partiyasının sədri və Daxili İşlər Naziri Horst Seehofer, Aİ-də əldə olunan razılaşmanın öz təkliflərini qarşılayacaq təsirdə olmadığını qeyd edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar