Merkel: “Rusiyanın G-7-yə qayıtması mümkündür”

Merkel: “Rusiyanın G-7-yə qayıtması mümkündür”
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyada böhranların nizamlanması üçün Qərbin Rusiyaya ehtiyacı var, lakin Rusiyanın G-8 formatına qayıtması Minsk razılaşmalarının yerinə yetirilməsindən asılıdır.

Bunu ARD telekanalına müsahibəsində Almaniyanın kansleri Angela Merkel bəyan edib.

“Mən Rusiyanın qayıdışını təsəvvür edə bilərəm. Lakin əvvəlcə Minsk razılaşmasının yerinə yetirilməsində irəliləyiş baş verməlidir”, deyə A.Merkel qeyd edib.

 O həmçinin İtaliyanın Rusiyaya qarşı tətbiq edilən sanksiya rejiminə sadiq qalacağına ümid edib: “Düşünürəm ki, İtaliya bizimlə razıdır və G-7 sammitində səslənən fikirlərə uyğun hərəkət etmək niyyətindədir”.

Bu günlərdə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya “Böyük yeddiliyə”  qayıtmalıdır. O bildirib ki, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq Rusiya G7-də iştirak etməlidir. İtaliyanın baş naziri Cuzeppe Rossi isə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yenidən nəzərdən keçirilməsinə çalışacağını bildirib. //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar