A24 Xeber

Merkel: Suriyaya qarşı hər hansı bir hücumda Almaniya iştirak etməyəcək

Merkel: Suriyaya qarşı hər hansı bir hücumda Almaniya iştirak etməyəcək
24
12 Aprel 2018 - 17:42

ABŞ, Böyük Britaniya və Fransa, Suriya hökumətinə Suriyadakı kimyəvi silahdan sitifadə edilməsi ilə bağlı səsləndirilən iddialara, Almaniya Baş naziri Angela Merkel açıqlama verib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Almaniya baş naziri Angela Merkel qeyd edib ki, “Almaniya Suriyaya edilən hər hansı bir hücuma qatılmayacaq”.

Suriyaya bağlı bütün məsələlərin qiymətləndirilməsinin lazım olduğunu vurğulayan Almaniya kansleri, Almaniyanın Suriya ordusuna və ya digər hökumət güclərinə hücum etməyəcəyini söyləyib. Suriya məsələsində birlik nümayiş etdirməyin önəmli olduğuna diqqət çəkən Almaniya Baş naziri, Suriya hökmumətinin 2013-ci ildə qəbul etdiyi müqavilə əsasən, bütün kimyəvi silah ehtiyatlarını məhv etməyin lazım olduğunu ancaq bunu etmədiklərini “aşkar” şəkildə etiraf etdi.

Orxan Aslanlı, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00