Merkel Trampa üz çevirdi: Müqaviləni davam etdirəcəyik

Merkel Trampa üz çevirdi: Müqaviləni davam etdirəcəyik
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniya kansleri Angela Merkel bildirib ki, Almaniya ABŞ-ın qərarlarına baxmayaraq İranla olan müqaviləyə uyğun olaraq öhdəliyinə vəzifələri yerinə yetirməyə davam edəcək.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Die Welt nəşri kanslerin dediklərini olduğu kimi təqdim edib: “Biz müqavilədəki vəzifələrimizə sadiq qalacayıq”.

Merkel əlavə edib ki, ABŞ-ın müqavilədən çıxması “ciddi bir addım” oldu.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Bu barədə Yelisey sarayı məlumat yayıb.

“Hər iki prezident təhlükəsizlik məsələlərini və Yaxın Şərqdəki siyasi vəziyyəti müzakirə edib”, – deyə bildirilib.

Bəzi KİV-lərin məlumatına görə, söhbət zamanı Ağ Ev rəhbəri ölkəsinin İranla nüvə razılaşmasından çıxacağını vurğulayıb.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar