A24 Xeber

Mərkəzi Bank manatın uçot dərəcəsini aşağı salsa, nələr baş verəcək? – Ekspert açıqladı

Mərkəzi Bank manatın uçot dərəcəsini aşağı salsa, nələr baş verəcək? – Ekspert açıqladı
384
22 İyun 2017 - 12:33

Mərkəzi Bank manatın uçot dərəcəsinin avqustda aşağı salınması ilə bağlı qərar qəbul edib. 22 iyun tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsinə qərar verilib.

Bundan sonra manatın taleyi necə olacaq? Manatın uçot dərəcəsinin aşağı salınması iqtisadiyyata hansı təsirləri göstərəcək?

A24.Az bununla bağlı iqtisadçı Natiq Cəfərlidən açıqlama alıb.  İqtisadçı ekspert bildirir ki, Mərkəzi bankın bu addımı atmaq istəməsində səbəb  Azərbaycanda iqtisadi  canlanmağa nail olmaqdır.  “ Mərkəzi Bankın apardığı siyasət tək bir yönə  istiqamətlənib.  Bütün inzibati resurslardan istifadə edərək manat  dövriyyəsini azaldıb.Mərkəzi Bank bununla da manatın dollara qarşı məzənnəsinin sabitləşməsinə  nail  olub. Məzənnənin 1:25 civarında  sabitləşməsi iqtisadiyyatda aha ağır  fəsadlara gətirib çıxartdı. İqtisadiyyatda daralma, iqtisadi aktivliyin azaldılması müşahidə olundu”.

“Əgər manat kütləsi artacaqsa,  bu məzənnəyə mənfi təsir  göstərəcək”

Ekspert deyir ki,  dəfələrlə iqtisadçılar Mərkəzi Banka bildirdi ki,  bu belə davam edə bilməz. “Hökumət  iqtisadi canlanma  haqqında da düşünməlidir.   İqtisadi  canlanma olmasa, insanların günlük  dolanışığı  təmin edilməsə, işsizlik arta bilər.  Əslində Milli Bank  bazarda aktivlik üçün manat  kütləsini artırmağı düşünür. Əgər manat kütləsi artacaqsa,  bu məzənnəyə mənfi təsir  göstərəcək. İqtisadi aktivliyin paralel  olaraq artması, manatın artması,   dollara olan tələbatı artıracaq. Bu da dolların məzənnəsinin bahalaşmasına səbəb olacaq.  Avqustda manatın uçot dərəcəsinin aşağı salınması ilə sentyabrdan başlayaraq  məzənnədə ciddi proseslərin şahidi olacayıq. Bu həm də  xarici faktorlarla bağlıdır, dünyada dollarda bahalaşma gedir, FED uçot dərəcəsini artırdı.  Sentyabrda bir daha da artıracaq.   Neftin qiymətində son iki ayda 20 faiz ucuzlaşma var.  Maksimal 58  dollardan 44 dollaradək enmə müşahidə olundu.   Bütün bu faktorlar  göstərir ki,  həm xarici, həm daxili faktorlar manatın  ucuzlaşmasının labudlüyünə gətirib çıxardacaq”.

Картинки по запросу manat dollar

Ekspertin proqnozlarına görə, payız ayından sonra məzənnədə  uçuzlaşma olacaq. Kəskin  devalvasiya olmayacaq,   amma yumşaq şəkildə  manatın yenidən dəyərdən düşməsini gözləyə bilərik.   İlin sonuna  qədər yanvar ayında gördüyümüz maksimal hədləri  1, 91 -1, 92 məzənnəsini  yenidən görə bilərik”.

Vüsalə Əlövsətqızı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00