Məscid bağlatdıran baş nazirə qarşı sosial şəbəkədə təhdidlər artır - "Mühafizəni gücləndirib"

Məscid bağlatdıran baş nazirə qarşı sosial şəbəkədə təhdidlər artır – “Mühafizəni gücləndirib”
Want create site? Find Free WordPress Themes and plugins.

Avstriyada siyasi İslamla mübarizə çərçivəsində 7 məscidin bağlanılacağını qeyd edən Baş Nazir Sebastyan Kurzun sosial media üzərindən təhdidlər aldığı bildirilir.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Oesterreich qəzetinin xəbərinə görə, Facebook-da Kurza qarşı kobud ifadələr istifadə etmək daxil olmaqla, o cümlədən hədələr gəlməyə başlayıb.

Avstriya Baş Nazirlik aparatından bildiriblər ki, məlumatı Federal Konstitusiya Qoruma və Terrorla Mübarizə Qurumunun da aldığı təsdiqlənib.

Xəbərdə, Kurz və bəzi nazirlərinin qorumasının gücləndirildiyi qeyd edilib. Kurz daha əvvəl, “siyasi İslamla mübarizə qanununu pozan məscidlərin bağlanılacağını və 40-a yaxın imamın ailələri ilə birlikdə ölkədən göndəriləcəyini açıqlamışdı. Avstriya Baş Nazirliyi, Kurza qarşı gələn təhdidlərlə əlaqədar olaraq Facebook şirkətini məlumatlandırıblar. Avstriya orqanları, təhdidləri Türk əsilli vətəndaşların yazdığını düşünür.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar