Məsciddə qalmaqal - Mərd müsəlman Trampa dua edən Kəbə imamına həddini bildirdi - VİDEO

Məsciddə qalmaqal – Mərd müsəlman Trampa dua edən Kəbə imamına həddini bildirdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu gün Səudiyyə Ərəbistanı və ABŞ dünyanın iki qütbüdür. Allaha həmd olsun, dünyanı birlikdə idarə edirlər”.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu sözləri Kəbə imamı Abdurrahman Sudeysi deyib. Əlcəzairli bir müsəlman isə reaksiyası ilə imama həddini bildirib.

Belə ki, İsveçrənin Cenevrə şəhərində məsciddə çıxış edən Kəbə imamı Abdurrahman Sudeysi Səudiyyə Ərəbistanı və Amerikanın dünyanın təhlükəsizliyi və istiqlalı üçün liderlik etdiyini bildirərək Səudiyyə kralı ilə ABŞ prezidenti  Donald Tramp üçün dua da edib.

Bu sözlərdən sonra məsciddən çıxar-çıxmaz Sudeysiyə Əlcəzairli müsəlman vətəndaşdan reaksiya gəlib. Mərd müsəlman özünü saxlaya bilməyərək imamın arxasınca qışqırıb və dünyada müsəlmanların başlarına gətirilən zülmləri sadalayaraq bütün yaşananlarda ABŞ-ı bünahlandırıb:

“Yəmən və Qatardakı qardaşlarımızı blokadaya alarkən necə olur indi bizə təhlükəsizlikdən danışırsınız? Əlcəzair, Misir və Türkiyədəki dövlət çevrilişinə cəhdləri necə dəstəkləyirsiniz? Ey sarayın alimləri, siz axirət günündə bu mövqeyinizdən dolayı məsuliyyət daşıyacaqsınız. Bu gün bizə nəsə deməyin, sizə itaət yoxdur. Ey Amerikanın köləsi, biz azadlıq və təhlükəsizliyin nə olduğunu bilirik. Çünki torpaqlarımız azadlıq və təhlükəsizliyin torpaqlarıdır”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar