A24 Xeber

Meşələriylə birlikdə xalqı da yanan Yunanıstan Türkiyənin kömək təklifini rədd etdi

Meşələriylə birlikdə xalqı da yanan Yunanıstan Türkiyənin kömək təklifini rədd etdi
324
25 İyul 2018 - 15:55

Türkiyə Yunanıstanda baş verən ən böyük yanğın fəlakətində qonşu ölkəsinin yanında duraraq yardım göndərmək istəyib. Yunanlı məmurlar isə Türkiyənin təklifini rədd edərək onlarla insanın həyatını itirməsinə səbəb olub.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, yunan xalqının diqqətini çəkən bu hərəkət “qonşu hökumətin Türkiyə düşmənçiliyi” olaraq şərh edib.

Artıq neçə gündür davam edən meşə yanğınları Afinanın 20 km şimal-şərqində başlayan və əhalinin yaşadığı məhəllələrə qədər gedib çıxan yanğınlar 80 nəfərin dünyasını dəyişməsinə səbəb olub. 100-dən çox insanın isə itkin düşdüyü bildirilir. Bölgədə ölənlərin sayının getdikcə artacağı deyilir. Hətta yunan məmurların ölkə xalqını aldadaraq itkin düşən insanların sayını tam olaraq açıqlamadıqları  qeyd edilir.

Lakin belə bir gündə qonşu ölkəsinin faciə ilə üz-üzə qalmasına Türkiyə səssiz qalmayıb. Türkiyə prezidenti Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və kənd təsərrüfatı naziri Bekir Pakdemirli yunanlı həmkarlarıyla ard-arda görüşərək Türkiyənin Yunanıstana kömək etməyə hazır olduğunu bildirib. Yunanıstandakı yanğın faciəsiylə əlaqədar Türkiyədə dövlətin bütün qurumları Yunanıstana kömək etmək üçün 5 təyyarə, 24 helikopter hazır vəziyyətə gətirilib. Yunanıstan isə heç bir mənaya sığmayan rəftarıyla Türkiyədən gələcək bütün yardımları rədd edərək Avropa Birliyindən dəstək istəyib. Avropa Birliyi isə Yunanıstana hələ yardım göndərməyib. Bölgəyə ilk dəstək Rumlardan gəlib.

Yunanıstanın bu hərəkətindən dolayıonlarla insan alovların içərisində qalaraq faciəvi şəkildə can verib. Buna baxmayaraq “Twitter”də Türkiyənin Yunanıstana kömək etmədiyi haqda yalan xəbərlər paylaşılır.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00