A24 Xeber

Məşhur aparıcı həyatını danışdı: “Bank müdiri qədər qazandım” – FOTOLAR

Məşhur aparıcı həyatını danışdı: “Bank müdiri qədər qazandım” – FOTOLAR
669
12 Mart 2017 - 0:03

Ekranların ən intellektual aparıcılarından Öykü Sərtər həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

A24.Az xəbər verir ki, aparıcı illik qazancından yoxsulluq dönəminə kimi hər şeydən danışıb.

“Maliyyə müşaviri olan bir atanın və evdar bir ananın övladıyam. TED Ankara Kollecində, Hacettepe Universitetində oxudum, Galatasarayda magistr təhsili aldım. Bahçeşehir universitetində doktorantura təhsilimi bitirirəm. Los Ancelesdə aktyorluq dərsləri aldım. Çox oxuyuram, özümə çoxlu yatırım edirəm. Arada biliklər beynimdən “fışqırır””.

“Şöhrətlə heç əlaqəm yoxdur. Məmur zehni ilə yaşayıram. 1994-cü ildə radioda özümə yeni yol açdım. Akademik karyera istədim, ancaq biraz tanındıqdan sora bu mümkün olmadı. Akademiya populyarlığı sevmir. Bir müəllimim “Nə oldu Brooke Shieldsin də doktorantura təhsili var, səninki də əksik qalmasın deyə mi gəldin?” dedi. Soyudum”.

“Həddindən artıq pul qazanmadım. Ən çox bankın müdiri qədər qazancım olub. Pul arxasıyca qaçan biri deyiləm. Davamiyyət və keyfiyyət önəmlidir”.

“İtlərimə paltar hörürdüm. Bunu bir internet saytında ticarətə dönüşdürməyi düşündüyün anda bu verilişdən təklif gəldi”.

“İBS (Həssas Bağırsaq Sindromu) deyilən xəstəliyim var. Hər şeyi həzm edə bilmədiyim üçün yeyə bilmirəm. Diet həkimlərinin hazırladığı bir siyahım var və ona əməl etmək məcburiyyətindəyəm. “Aralıq dieti” deyilən balıq, tərəvəz ilə qidalanıram. Şokolad, şəkər sevmirəm, amma çayın xəstəsiyəm. Buna görə də çox arığam”.

“Ağız əməliyyatı etməmişəm. Ağzım böyükdü, nə edim. Dodaqlarım da özümündür. 15 il boyunca səhər axşam üzdüm. Üzmək sadəcə bədəni deyil, üzü də dinc saxlayır. Ondan başqa heçnə etmirəm. Yaşım həqiqətən vecimə deyil. Evlənib uşaq sahibi olmaq mərhələlərində yaşım biraz yadıma düşür”.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00