Məşhur firma 32 min avtomobili geri çağırır

Məşhur firma 32 min avtomobili geri çağırır
Want create site? Find Free WordPress Themes and plugins.

Avtomobil istehsalı nəhəngi Ford Şimali Amerikada  Takata adlı yapon firmasının istehsalı olan təhlükəsizlik yastıqlarında olan qüsura görə, 32 min avtomobili geri çağırır.

A24.Az  TASS-a istinadən xəbər verir ki, şirkətin rəhbərliyinin verdiyi məlumata görə, çağırış 2016 və 2017-ci il modelləri Ford Edge, Lincoln MKX və Lincoln Continental-a aiddir.

Ford nümayəndələri qeyd ediblər ki, həmin avtomobillərdə olan təhlükəsizlik yastıqları qəza anında açılmaya bilər. Ford bütün nasazlıqları pulsuz aradan qaldırmağı öz öhdəsinə götürüb.

Qeyd edək ki, Takata təhlükəsizlik yastıqlarının açılmama səbəbindən dünyada 16 nəfər həlak olub, 180-dən çox insan isə yaralanıb. Amerikada  ölənlər isə 11 nəfərdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar