A24 Xeber

Məşhur futbolçu ata olacaq: Övladının cinsiyyəti də bəlli oldu- FOTO

Məşhur futbolçu ata olacaq: Övladının cinsiyyəti də bəlli oldu- FOTO
64
28 May 2018 - 18:56

Arda və Aslıhanın övladlarının cinsiyyəti bəlli olub.
A24.Az xəbər verir ki, 11 martda evlənən cütlük 2 il yarımdır ki, münasibətlərini davam etdirir. Başakşehirsporda fəaliyyətinə davam edən məşhur futbolçu xanımı ilə gah küsülü, gah da mehriban sevgilərini yaşayır.
Xatırladaq ki, Arda Turanın həyat yoldaşı Aslıhan 4 aylıq hamilədir. Cütlük artıq 5 ay sonra aralarına qatılacaq övladlarının cinsiyyətini də öyrənib. Belə ki, Turan oğul atası olacaq.

Qeyd edək ki, xanımını qoruyub nəzarətdə saxlayan Arda Turan övladı olacağı üçün çox sevinclidir və yaxın ətrafı onun həyəcanlı olduğunu da dilə gətirir.


Xəyalə Vaqif, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00