Məşhur hüquqşünasdan tənqid: "Tv rəhbərləri hələ də bilmir ki..."

Məşhur hüquqşünasdan tənqid: “Tv rəhbərləri hələ də bilmir ki…”
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur hüquqşünast siqaret qadağası ilə bağlı bəzi bilinməyən nüanslara toxunub.
A24.Az xəbər verir ki, o bir çox Televiziyaların bu yöndə məlumatsız olduğundan danışıb. Maddələrə istinadla fikrini əsaslandıran hüquqşünast ən acınacaqlı tərəfin rəhbərlik səviyyəsində bu məhdudiyyətlərin bilinməməsinin olduğunu deyib. O:

“TV kanallarımızda siqaret tüstülətmə səhnələrinə hələ də rast gəlinir. Ola bilsin ki, bəzi TV rəhbərləri belə səhnələrin göstərilməsinin 40 gündən artıqdır ki, qadağan olunduğunu hələ də bilmirlər, yaxud xüsusi tapşırıq gözləyirlər. Ona görə də bu məsələyə toxundum.
Cənablar, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun 40 gündən artıqdır ki, qüvvədədir. Bu Qanunda dəqiq və aydın qadağa var:
14.1. Tütün məmulatına tələbatın azaldılması məqsədi ilə tütün məmulatlarının satışının və onlardan istifadənin reklamı və stimullaşdırılması ilə bağlı aşağıdakılar qadağan edilir:
14.1.4. televiziya və videofilmlərdə, … televiziya, video və kinoxronika proqramlarında … tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması.
Məncə, vaxtdır, buna əməl edək. Efirdə siqret tüstüləmə görüntüləri olmamalıdır. müxtəlif səhnələrdə həmin görüntüləri “bağlamaq” çətin deyil.
Məncə, MTRŞ da bu işə qarışsa, yaxşı olar.”

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar