A24 Xeber

Məşhur ifaçı Rusiya səhnəsində Trampı təhqir etdi – FOTO

Məşhur ifaçı Rusiya səhnəsində Trampı təhqir etdi – FOTO
24
01 Sentyabr 2018 - 18:39

İngilis rok qrupu “Pink Floyd”un əfsanəvi ifaçısı Roger Waters Rusiyanın Sankt Peterburq şəhərində konsert verərkən ABŞ prezidenti Donald Trampı sərt bir şəkildə hədəf alıb.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, ifaçı səhnədə şou göstərən zaman Trampın bəzi görüntüləri ekranda göstərilib.

Görüntülərin birində Tramp qadın makiyajıyla, digərində isə donuz kimi göstərilib. Mahnı bitəndən sonra isə ifaçının arxasındakı ekranda rusca “Tramp donuzdur” şüarı yazılıb.

 

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00