A24 Xeber

Məşhur ispan klubu 1 avroya satışa çıxarılıb

Məşhur ispan klubu 1 avroya satışa çıxarılıb
74
08 Mart 2018 - 9:47

İspaniyanın ən qədim futbol klubu sayılan “Rekreativo”  nə az, nə çox – 1 avroya satılacaq.

A24.Az  xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşrin məlumatına görə, 2017-ci ilin sonunda 128 illiyini qeyd edən klub ciddi maliyyə çətinlikləri ilə üzləşib. Klubun borcları 7,6 milyon avronu ötür.

Yeni sövdələşməyə görə, borcların ödənilməsindən sonra “Eurosamop” şirkəti klubun bütün səhmlərini 1 avroya alacaq.

“Rekreativo” 2006-2009-cu illərdə ardıcıl üç il La-liqada mübarizə aparıb, mövsüm nəticələrinə görə müvafiq olaraq, səkkiz, onaltı və iyirminci yerləri tutub.  Hazırda klub İspaniya futbol çempionatının 3-cü divizyonunda çıxış edir.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00