A24 Xeber

Məşhur marketlər şəbəkəsi İsraili baykot etdi

Məşhur marketlər şəbəkəsi İsraili baykot etdi
26
03 İyun 2018 - 22:27

Yaponiyanın böyük marketlər şəbəkəsi olan “Daimaru” İsrail işğalı altında olan Qolandan gələn şərabları satmama qərarı alıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, şərab istehsalçısı olan Naturael, istehsal etdikləri məhsulların “qeyri-qanuni” olduğunu və Daimarunun qərarının “İsraillə düşmən hisslərinə yol aça biləcəyini” irəli sürdü.

Buna qarşı Daimaru şəbəkəsi açıqlamasında İsrailin digər yerlərindən gələn şərabların satılmağa davam etdiyi, qərarın ümumi olaraq İsrail məhsulları ilə bağlı olmadığı söyləyib. Ancaq Daimaru marketləri sözçüsü Satoşi Nişio, satdıqları məhsullarının mənşəyini diqqət yetirmək məcburiyyətində olduqlarını bildirərək, “Bu Gün geosiyasi məsələləri yoxa saya bilmərik”, – deyə qeyd edib.

Nişio, aktivistlərin aktları nəticəsində bu qərarı aldıqlarını qəbul edərək “məhsulların haradan gəldiyinə daha çox diqqət yetirmək məcburiyyətində olduqlarını” bildirib. Qolan təpələri 1967-ci ildən bəri İsrail işğalı altındadır.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00