A24 Xeber

Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
45
12 Sentyabr 2018 - 17:04

Rai musiqisinin məşhur adı Əlcəzair əsilli müğənni Rachid Taha Fransanın paytaxtı Parisdə keçirdiyi infarkt nəticəsində vəfat edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, “Le Parisien” qəzeti məşhur sənətçinin ölüm xəbərini ailəsinin verdiyini bildirib.

Xəbərdə 18 sentyabrda 60 yaşı tamam olacaq sənətkarın dünən axşam, Parisdəki evində yatarkən keçirdiyi infarkt nəticəsində həyatını itirdiyi açıqlanıb.

Taha 1990-ci illərdə “Ya Rayah”, “Abdel Tale” və “Ida” kimi mahnıları geniş kütlələr tərəfindən tanınmışdı. 10 yaşında Əlcəzairin qərbində yerləşən liman şəhəri Orandan Fransanın Alsace bölgəsinə köçmüş bir ailənin uşağı olan Taha, Oran şəhərinə məxsus musiqi növü Rai tərzi hissələri ilə böyük rəğbət toplamışdı. Rai musiqisi, xüsusilə Əlcəzairin Fransa müstəmləkəçiliyinə baş qaldırmasında mühüm əhəmiyyət kəsb edib.

Rai 1980-ci illərdən etibarən beynəlxalq miqyasda tanınmış və Taha mahnıları ilə bütün dünyaya yayılmışdı. Taha yeni bir albom üzərində çalışdığı və 2019-cu ilin əvvəlində yeni albomu ictimaiyyətə təqdim etməyi planlaşdırırmış.

Orxan Aslanlı / A24.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00