Məşhur müğənninin anası intihara cəhd etdi: "Xəstəyəm, həkimə aparmırsız məni..." - FOTOLAR

Məşhur müğənninin anası intihara cəhd etdi: “Xəstəyəm, həkimə aparmırsız məni…” – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur müğənni Hadisənin anası intihara cəhd edib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin anası  Gülnihal Açıkgözün yuxu dərmanı içərək intihar etdiyi iddia olunur.

Məlumata görə, o, intihar dərman içməzdən öncə qızlarına məktub yazıb. “Mənimlə heç maraqlanmırsınız. Xəstə olduğumu deyirəm. Amma məni həkimə aparmırsız”, – deyə qadın məktubda qeyd edib.

Qızlar analarından xəbər almadıqda binanın təhlükəsizlik xidmətinə məlumat veriblər. Polisin müdaxiləsi ilə qadının yaşadığı evin qapısı açılıb. Gülnihal Açıkgöz dərhal xəstəxanaya aparılıb və bir həftə müalicə olunub.

Onun qızlarına  “Aranızdakı pul məsələlərindən və mübahisənizdən bezdim” deyərək məzəmmət etdiyi iddia edilir.

Bununla bağlı mediaya açıqlama verən Hadisənin mətbuat katibi Emre Duymaz iddiaların əsassız olduğunu bildirib. O, qadının qidadan zəhərləndiyini və 15 gün öncə xəstəxanaya aparıldığını qeyd edib.

Şok iddia! Hadise'nin annesi intihar girişiminde mi bulundu?

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar