A24 Xeber

Məşhur müğənninin konserti qana bulandı! Ölən və yaralananlar var – FOTOLAR

Məşhur müğənninin konserti qana bulandı! Ölən və yaralananlar var – FOTOLAR
564
13 Mart 2017 - 13:57

Argentinada təxminən 200 min nəfərin qatıldığı konsertdə izdiham yaşanıb.

A24.Az xəbər verir ki, ölkənin Olavarria bölgəsində təşkil olunan rok konsertində 2 nəfər ölüb. Olavarria bələdiyyəsinin başçısı Ezequiel Galli təşkil olunan mətbuat konfransında bildirib ki, populyar rok sənətçisi İndio Solarinin açıq havada keçirilən konsertində izdiham yaşanıb. Galli 160-170 min tamaşaçı gözlədikləri halda konserti izləməyə 200 min nəfərin gəldiyini deyib.

“Vəziyyət idarəetmədən çıxdı. Bu qədərini, doğurdan da, gözləmirdik”. Hadisə nəticəsində 12 nəfər də yaralanıb. Argentina mətbuatının yazdığına görə, Solari konsertə bir neçə dəfə fasilə verərək yaralılar üçün kömək çağırıb.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00