Məşhur "qanuni oğru" Allahşükür Paşazadənin köməkçisi olub? - QMİ-dən açıqlama

Məşhur “qanuni oğru” Allahşükür Paşazadənin köməkçisi olub? – QMİ-dən açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin varisi “Şeyx Xəmzət” ləqəbli Xəmzət Qastəmirovla bağlı bir sıra məlumatlar yayılıb.

İddialara görə, Qastəmirov vaxtı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin köməkçisi olub. Hətta yayılan xəbərlərdə “Şeyx Xəmzət”lə Paşazadənin tədbirlərin birində çəkilən fotosu da yer alıb.

A24.Az xəbər verir ki, Yenicaf.Az-a açıqlama verən QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova yayılan məlumatları təkzib edib. O, bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

“Belə bir şey yoxdur. Bunlar tamamilə həqiqətə uyğun olmayan informasiyalardır. Bəzən tədbirlərdə fərqli-fərqli insanlar bir araya gəlirlər. Bu da o demək deyil ki, bundan nəsə nəticə çıxarmaq lazımdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar