Məşhur reper GÜLLƏLƏNDİ

Məşhur reper GÜLLƏLƏNDİ
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Florida ştatında 20 yaşlı reper “XXX Tentacion” vəfat edib.

A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, reper Mayami ştatında marketdən çıxan zaman silahlı hücuma məruz qalıb və onun həyatını xilas etmək mümkün olmayıb. Ölümcül güllə yarası almış reper xəstəxanada komaya düşdükdən bir müddət sonra keçinib.

Florida ştatının Broudard polis idarəsi əsl adı Casey Dueyn Onfroy olan reperin qətlinin təfərrüatını açıqlayıb. 20 yaşlı Anfroyun Afrika əsilli 2 nəfər tərəfindən öldürüldüyü bildirilir. Reperə onlardan biri tapançadan atəş açıb.

Daha sonra cinayətkarlar onun bahalı “Louis Vuitton” brendindən olan çantasını oğurlayıb və tünd-boz yolsuzluq avtomobilinə minərək aradan çıxıb. Müstəntiqlər cinayətin qarət məqsədilə törədildiyini ehtimal edir.

İstintaq davam edir. Hüquq mühafizə orqanları hadisənin şahidlərini tapmağa çalışır.

Qeyd edək ki, Cahse Dveyn Anfroy soyğun, dava, qeyri-qanuni silah daşıma kimi ittihamlarla həbs cəzası alıb.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar