Məşhur reperi canlı yayımda GÜLLƏLƏDİLƏR - Hər kəsin gözü önündə - VİDEO 

Məşhur reperi canlı yayımda GÜLLƏLƏDİLƏR – Hər kəsin gözü önündə – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-lı dünyaca məşhur reper “Project Youngin” avtomobilində canlı yayım edərkən silahlı hücuma məruz qalıb.

Qeyd edək ki, iyun ayında məşhur reper XXXTentacionun öldürülməsi dünyada şok effekti yaratmışdı.

“XXXTentacion” təxəllüsü ilə tanınan Jahseh Dwayne Onfroy avtomobilində döyüldükdən sonra silahla vurularaq öldürülüb. Xəstəxanaya yerləşdirilən reperin həyatını xilas etmək mümkün olmamışdı.

BİR AY İÇİNDƏ İKİNCİ EYNİ HADİSƏ

Yaşanan bu olay hələ unudulmamışkən “Project Youngin”təxəllüsü ilə tanınan reper Rasheed Jamaal Hall eyni ilə XXXTentacion kim avtomobilindəykən silahlı hücuma məruz qalıb.

Florida şatatında yaşanan olayda 25 yaşlı reper yaxın zamanda çıxaracağı albom ilə bağlı Instagram-dan canlı yayım edib. Bir anda gələn silah səslərindən sonra reper telefonu əlindən yerə salıb. Ard-arda açılan atəşdən sonra məşhur reperin ağır yaralı olduğunu təxmin edilir.

Hall-un vəziyyəti ilə bağlı, hələ ki, rəsmi qurumlardan açıqlama verilməyib. Hall-un özü kimi musiqiçi olan yaxın dostu Foolio isə sosial şəbəkə paylaşımında “Onun üçün öldü demək fikrindən əl çəkin” deyərək, dostunun hələ də müayinə altında olduğuna işarə verib.

Florida polisi olaydan sonra araşdırmaya başlayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar