Məşhur sehrbazın sağ qalmasına həkimlər şok oldu - FOTO

Məşhur sehrbazın sağ qalmasına həkimlər şok oldu – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Antalyada səhnəyə çıxmazdan əvvəl oteldə məşq edərkən kobranın sancdığı məşhur sehrbaz Aref Ghafouri başına gələnləri danışıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, illuziyaçı axşam saatlarında şəxsi təyyarə ilə Misirə aparılıb. Danışdıqlarına görə bir suriyalı ona bir gözü kor olan, xəstə və yaralı, nadir rast gəlinən ilən verib: “İlah çox hərəkətsiz dayanmışdı. Öldüyünü düşündüm. Ona baxmaq üçün qəfəsdən çxıardım və yudum. Qəfəsinə qoyan zaman sağ qolumdan dişlədi”.

Aref zəhəri ağzıyla əmərək çıxartmağa çalışdığını və dərhal yoldaşlarına xəbər verdiyini deyib. Lakin bir müddətdən sonra bədəninin keyləşməyə başladığını hiss edib.

Aref bildirib ki, onu sancan ilanın Misir, Suriya və Səudiyyə Ərəbistanının təbiətində olur: “Fransa və Səudiyyə Ərəbistanında da zəhər əleyhinə vaksin hazırlanırdı. Lakin son 3 ildir ki, bu ilanın vaksini dünyada ancaq Misirdə var, amma orda da çox az saydadır”.

Bədəninin bəzi yerlərinin keyidiyini deyən Aref üzünü, gözünü və boğazını hiss etmədiyini deyib: “Zəhər əleyhinə vaksin vurulduqdan sonra keyimələr azaldı. Hazırda ayaqlarımda və ilanın sancdığı qolumda keyimə var”.

Aref Misirə gətirilməsi üçün başda Ərdoğan olmaqla Türkiyənin xarici işləri naziri və Səhiyyə Nazirliyinin kömək etdiyini deyib və əməyi keçən hər kəsə təşəkkür edib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar