Məşhur şirkətlər “YouTube”da reklam yerləşdirməkdən imtina etdi

Məşhur şirkətlər “YouTube”da reklam yerləşdirməkdən imtina etdi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın nəhəng şirkətləri ekstremist videolarla əlaqədar “YouTube” saytında reklamlarını yerləşdirməkdən imtina edirlər.

“A24.az”ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Pepsi”, “Walmart” və “Starbucks” şirkətləri də bu kampaniyaya qoşulublar.

“Pepsi” şirkətinin yaydığı bəyanatda bildirilib ki, şirkətin “YouTube”daki bəzi reklamlarının nifrət və zorakılıq təbliğ edən videolarla birlikdə nümayişi narahatlıq və təəssüf doğurub. “Walmart” bu halın şirkətin imicinə uyğun olmadığını vurğulayıb. “Starbucks” da müvəqqəti olaraq “YouTube”də reklamlarını dayandırdığını açıqlayıb.

Qeyd edək ki, bir neçə şirkətin “YouTube”də reklamları ekstremist videoroliklərlə birgə yayımlanıb. Bundan sonra bir neçə böyük şirkət “YouTube”un məxsus olduğu  “Google” şirkəti ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. Bunların sırasında ABŞ-ın nəhəng telekommunikasiya şirkəti “Verizon i AT&T”, kosmetika və tibb avadanlıqları istehsalçısı “Johnson & Johnson”, Böyük Britaniyanın “Royal Bank of Scotland”, HSBC və “Lloyds” bankları var.

“Google’ şirkəti isə reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirəcəklərini, bir daha belə hala yol verilməməsinə çalışacaqlarını bəyan edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İqtisadiyyat, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar