A24 Xeber

Məşhur türk aktyorundan çağırış: “İşiniz düşmürsə, bu ölkəyə gəlməyin”

Məşhur türk aktyorundan çağırış: “İşiniz düşmürsə, bu ölkəyə gəlməyin”
656
11 Mart 2017 - 15:13

Türkiyənin məşhur kino ulduzu Kadir Doğulu Dubaya gedərkən heç də yaxşı rəftarla qarşılaşmayıb.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, serial ulduzu yaşadıqlarını Instagram hesabında açıqlayıb:

“Dubaya ayaq qoyana qədər hər şey əla idi. Mən bu qədər kompleksli bir polis komandası, ya da hava limanı əməkdaşı görmədim. Sadəcə “faust track” cizgisindən bir az çölə çıxdıq, onunla bağlı məmura sual verdik – deyə məntəqədə saxlandıq. “Faust track” vərəqlərimiz əlimizdən alındı. Bizə geri verilmədi. Üzümüzə belə baxılmadı. Təhqir olunduq. Dubay hava limanındakı polislər mənə ibtidai sinif müəllimimi xatırladır. Danışma! Gülmə! Baxma! Qalxma! Dubay Hava limanından 4 saat sonra çıxdıq. Düz 4 saat sonra! Səbəbini bilmirik! Qətiyyən bilmirik! Heç bir şey demirlər. Sonra gəlib üzr istədilər bizdən”.

Kadir Doğulu  bir müddət sonra ikinci dəfə eyni rəftara məruz qaldığını bildirib:

“Dubayda ikinci dəfə həbs olundum. Şəxsiyyət vəsiqəmi istədilər. Ən pisi də odur ki,  məni bir şirkət matç izləməyim üçün dəvət edib. Yəqin ki, hava limanından çıxdıqdan sonra qonaqpərvərliklərini göstərəcəklər. Dubaya gəlməzdən əvvəl təkrar təkrar düşünün. İşiniz düşmürsə gəlməyin”.

Qeyd edək ki, Kadir Doğulu “Kara Sevda” serialının baş rolunda oynayan Neslihan Atagüllə evlidi.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00