A24 Xeber

Messi birinci oldu

Messi birinci oldu
42
15 May 2018 - 12:59

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) 2017-2018 mövsümündə Avropanın “böyük 5-lik” liqalarındakı ən yaxşı futbolçuların reytinq siyahısına dair versiyasını açıqlayıb.

A24.Az report-a istinadən xəbər verir ki, birinci yeri İspaniya “Barselona”sının hücumçusu Lionel Messi 92,12 faydalılıq əmsalı ilə tutub. İkinci yerdə İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi David Silva (91,69), üçüncü pilləni isə İtaliya “Yuventus”unun forvardı Paulo Dibala (91,37) tutur.

“Qızıl top”un hazırkı sahibi, “Real Madrid”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İtaliya “Napoli”sinin forvardı Lorentso İnsinye ilə birgə 88,58 əmsalla 16-17-ci yerləri bölüşdürür.

Qeyd edək ki, Lionel Messi ötən mövsüm İspaniya çempionatında 35 oyuna çıxıb. O, 34 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Kriştianu Ronaldu isə 26 oyunda 25 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00