Messili Argentinanı darmadağın etdilər

Messili Argentinanı darmadağın etdilər
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə dünya çempionatında “D” qrupunun ikinci turunun matçı keçirilib.

Nijni Novqorod şəhərində keçirilən oyunda Messili Argentina millisi  Xorvatiya yığması ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb.

Gərgin mübarizə şəraitində keçən matçda hesab oyunun 53-dəqiqəsində açılıb. Rebiç qapıçının səhvini baxışlamayaraq qarşısıalınmaz zərbə ilə qol vurub.

80-ci dəqiqədə Luka Modriç top fərqini ikiyə çatdırıb. “Real” klubunun yarımmüdafiəçisi mundialda sayca ikinci qolunu vurub.

İkinci hissənin əlavə olunmuş ilk dəqiqəsində Rakitiç fərqlənərək darmadağının əsasını qoyub. İki turun nəticəsinə görə altı xal toplayan Xorvatiya artıq pley-offa vəsiqəni təmin edib.//oxu.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar